Haqqımızda

MyCode — biznes üçün proqram təminatı

MyCode MMC Bakıda fəaliyyət göstərən proqram təminatı şirkətidir. Veb və mobil həllər, CRM və biznes sistemləri, süni intellekt və avtomatlaşdırma inteqrasiyaları üzrə layihələr icra edirik.

MyCode Inbox bizim ilk SaaS məhsulumuzdur. Azərbaycan bizneslərinin müştəri yazışmalarının böyük hissəsi WhatsApp və Instagram-da gedir — amma bu mesajlar bir neçə telefonda, bir neçə nəfərin əlində dağınıq qalır. Biz bunu bir inbox-a toplayır, operatorlara bölür və biznesin öz bilikləri ilə AI-a cavablandırdırıq.

Prinsiplərimiz

  • Rəsmi yol. Yalnız Meta-nın rəsmi WhatsApp Business Platform və Messaging API-ləri. Qeyri-rəsmi inteqrasiya, nömrə bloklanma riski yoxdur.
  • Məlumat sizindir. Hər biznesin məlumatı verilənlər bazası səviyyəsində ayrılır; istənilən vaxt export və silinmə.
  • AI uydurmur. AI yalnız sizin təsdiqlədiyiniz bilik bazasından danışır; əmin olmadıqda insana ötürür.
  • Yerli. Azərbaycan dili, AZN ilə ödəniş, yerli dəstək.

Əlaqə

MyCode MMC · Bakı, Azərbaycan · mycode.az · info@mycode.az